Süveyş kanalında torpağa oturan gəminin yenidən üzməsi təmin edilib

Misir prezidentinin məsləhətçisi İhab Memiş Süveyş kanalında torpağa oturan gəmininin hərəkət etdirilməsi səylərində uğurlu uğurlu olduğunu açıqlayıb.

1610210
Süveyş kanalında torpağa oturan gəminin yenidən üzməsi təmin edilib

Misir prezidentinin məsləhətçisi İhab Memiş Süveyş kanalında saya oturan gəmininin hərəkət etdirilməsi səylərində uğurlu olduğunu açıqlayıb.

Memiş Dövlət televiziyasına verdiyi açıqlamada Süveyş kanalında torpağa oturan gəminin xilas edildiyini və hərəkət etdiyini söyləyib.

Yerli mediada yer alan xəbərlərdə də gəminin normal istimaqətinə üz tutduğu, mühərriklərini işə saldığı və hərəkətə başladığı ifadə edilib.

Xatırladaq ki, martın 24-də nəhəng konteyner gəmisi ölkədəki qum fırtınası və əlverişsiz hava şəraiti nəticəsində görmə qabiliyyətinin azalması səbəbindən dünyanın ən vacib su yollarından biri olan Süveyş kanalında qəzaya uğrayıb.

"The Ever Given" adlı gəminin ensiz kanalda qalaraq keçid yolunu bağlaması nəticəsində kanalda xeyli gəmi keçid növbəsində gözləməli olub və dəniz nəqliyyatının dayandırılması səbəbindən xam neft və LNG yüklərində fasilələr yaranıb.



Әlaqәli Xәbәrlәr