Çinə məxsus iki gəmi Yaponiyanın ərazi sularına daxil olub

Çin Sahil Mühafizə Xidrmətinə məxsus iki gəmi Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafında Yaponiyanın ərazi sularına daxil olub.

1610372

Ölkənin cənub-qərb hissəsindəki Okinava əyalətinin Naha bölgəsindəki 11-ci Sahil Mühafizə Qərargahından verilən məlumata görə, Çinə məxsus gəmilər milli ərazi sularını pozublar.

Gəmilər mübahisəli Senkaku Adaları ətrafında yerli vaxtla saat 04:00 radələrində üzüb və təxminən 04.20 radələrində Minami-Kojima Adasının 20 kilometr cənubuna qədər yaxınlaşıb.

Yaponiya Sahil Mühafizəsi Çin gəmilərini ərazini tərk etmələri barədə xəbərdarlıq edib.

İctimai yayımçı "NHK"-nın verdiyi məlumata görə, rəsmi Çin gəmiləri bu ilədək Senkaku ətrafındakı Yaponiyanın ərazi sularına 11 dəfə girib.

Әlaqәli Xәbәrlәr