12 dövlət Myanmar ordusunun hərəkətlərini qınadı

12 ölkənin müdafiə naziri verdikləri ortaq şərhdə Myanmar ordusunu zorakılığa son qoymağa və xalqına qarşı itirdiyi hörmət və etibarı yenidən bərpa etməyə çağıraraq bildirib...

1609789
12 dövlət Myanmar ordusunun hərəkətlərini qınadı

 

  Amerika Birləşmiş Ştatları, Avstraliya, Kanada, Almaniya, Yunanıstan, İtaliya, Yaponiya, Danimarka, Hollandiya, Yeni Zelandiya, Cənubi Koreya və İngiltərə müdafiə nazirləri Myanmar təhlükəsizlik qüvvələrinin silahsız nümayişçilərə ölümcül zərbələri qınadılar.

  12 ölkənin müdafiə naziri verdikləri ortaq şərhdə Myanmar ordusunu zorakılığa son qoymağa və xalqına qarşı itirdiyi hörmət və etibarı yenidən bərpa etməyə çağıraraq bildirib: “Yaxşı ordu beynəlxalq standartlara uyğun gəlmək üçün xidmət etdiyi xalqı incitmək yerinə onu qorumalıdır. Myanmar təhlükəsizlik qüvvələrinin silahsız nümayişçilərə qarşı ölümcül zərbələrini qınayırıq”.

  Xatırladaq ki, Myanmarda hərbi çevrilişlə devrilmiş hökumət üzvlərinin tutulmasına qarşı təşkil edilən etiraz nümayişlərində təhlükəsizlik qüvvələrinin 27 mart silahlı müdaxiləsi nəticəsində 114 nəfər həyatını itirib.

  Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken (Antony Blinken) də Myanmar təhlükəsizlik qüvvələrinin 100-dən çox adamın ölümünə səbəb olan müdaxiləsinə münasibət bildirərək “twitter” hesabından yazıb: "Myanmar ordusunun tökdüyü qandan dəhşətə gəldik. Cunta azlığa xidmət üçün çox insanı öldürür. Həyatını itirənlərin ailələrinə başsağlığı veririk”.



Әlaqәli Xәbәrlәr