Entoni Blinken әhәmiyyәtli bәyanatlar verib

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Entoni Blinken Әfqanıstanda şülhün tәmin olunması üçün Türkiyәnin ev sahibliyindә  Әfqanıstan hökumәti ilә Taliban liderlәri arasında keçirilәcәk iclası tәqib edәcәklәrini söylәyib.

1607989

Entoni Blinken NATO-nun Belçikanın paytaxtı Brüsseldәki mәrkәzi qәrargahında keçirilәn NATO-ya üzv dövlәtlәrin xarici işlәr nazirlәrinin iclasından sonra jurnalistlәrә bәyanatlar verib.

İclasda Әfqanıstan, Rusiya, Çin, yeni növ koronavirus epidemiyası, iqlim böhranı vә NATO-nun gәlәcәyi kimi müxtәlif mövzuların gündәmә gәldiyini  bildirәn Entoni Blinken liderlәr sәviyyәsindә keçirilәcәk iclasın hazırlıqlarını da müzakirә etdiklәrini deyib.

Amerika Birlәşmiş Ştatları birliklәrinin vaxtı gәlәndә Әfqanıstandan çıxacağını ifadә edәn Entoni Blinken bunun daha әvvәl müәyyәn edilәn 1 may tarixindә hәyata keçirilmәsinin mümkün olduğunu düşünmәdiklәrini qeyd edib.

Entoni Blinken Әfqanıstanda sülhün tәmin edilmәsi üçün davam etdirilәn görüşlәrә toxunaraq deyib: ‘‘Türkiyәnin ev sahibliyindә Әfqanıstan hökumәti ilә Taliban liderlәri arasında  keçirilәcәk iclası tәqib edirik’’.

Әlaqәli Xәbәrlәr