“Yeni hökumət liviyalıların müxtəlifliyini təmsil edir”, Ə.Dübəybə

Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibəybə yeni hökumətin liviyalıların müxtəlifliyini təmsil etdiyini bildirib

1596558
“Yeni hökumət liviyalıların müxtəlifliyini təmsil edir”, Ə.Dübəybə

 

  Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibəybə yeni hökumətin liviyalıların müxtəlifliyini təmsil etdiyini bildirib.

  İctimai media hesabından etdiyi şərhdə hökumətin qurulmasında ölkənin illərdir yaşadığı qarşıdurma vəziyyətinə, bir çox qrupun birləşdirildiyinə, kifayət qədər təmsil olunmayanlara toxunan Ə.Dübəydə yeni hökuməti qurarkən müxtəlif təbəqədən, milliyyətdən, fikirdən, qrupdan olan liviyalıları layiqli şəkildə təmsil etmək və bütün bölgələrin geniş iştirakında tarazlığı təmin etməyi əsas götürdüklərini vurğulayıb. O həm də bildirib ki, möcud nazirlik sayını məhdud tənzimləməylə qoruyur, çünki nazirliklər üzərində böyük dəyişikliklər aparmaq bir az vaxt alacaq.

  Xatırladaq ki, Liviyadakı Müvəqqəti İcra İdarəsi 8 martda etibar səsi verməsi üçün Sirtedə toplanması planlanan bölünmüş Tobruk və Trablusdakı millət vəkillərindən ibarət parlamentə 27 nazirlikdən yaranacaq Milli Birlik Hökumətinin quruluşunu açıqlayıb.

  Qeyd edək ki, Liviyadakı böhrana siyasi həll üçün Birləşmiş Millətlər Təşkilatının liderliyi altında 2021-ci ilin 5 fevralında İsveçrənin Cenevre şəhərində toplanan Liviya Siyasi Dialoq Forumu üzvlərinin səsverməsi nəticəsində 24 dekabrda keçirilməsinə qərar verilən seçkilərə qədər ölkəni idarə edəcək müvəqqəti hökumətin İdarə Şurasının rəhbəri Məhəmməd Mənfi, baş nazir isə Əbdülhəmid Dibəybə seçilib.



Әlaqәli Xәbәrlәr