Dünyada pandemiya qurbanlarının sayı 2 milyon 450 mini keçib

Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 450 min olub.

1586487
Dünyada pandemiya qurbanlarının sayı 2 milyon 450 mini keçib
süper covid

Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 452 min 750 olub. İnfeksiyaya yoluxanların sayı 110 milyon 848 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 85  milyon 796 mini keçib.

İnsan itkisinin 13 min 220, yoluxma sayının 657 min 453 olaraq qeyd olunduğu İraqda İngiltərədə variantı yeni tip koronavirus aşkarlanıb.

Kərkükdə komendant saatı elan edilib. Qərara görə, komendant saatı cümə, şənbə və bazar günləri bütün gün, digər günlərdə isə 2 həftə müddətincə axşam 20:00 ilə səhər 05:00 (yerli) arasında tətbiq ediləcək.

Qəzza zolağındakı Fələstin Daxili İşlər Nazirliyi koronavirus tədbirlərinin bazar günündən yumşaldılacağını açıqlayıb. Qəzza zolağında və İordan çayının qərb sahilində virus səbəbiylə 2 min 155 nəfər həyatını itirib, 193 min 418 nəfərə virus yoluxub.

Hindistanda son 24 saatda koronavirusdan 85 nәfәr hәyatını itirib, 13 min 745 nәfәrdә virus aşkarlanıb. Bununla da ölkәdә  epidemiya qurbanlarının sayı 156 min 123-ә, yoluxma sayı isə 10 milyon 963 min 394-ə yüksəlib.

Can itkisinin bir gün ərzində min 426 nəfər artımla 503 min 977 olduğu epidemiyanın mərkəzi ABŞ-da yoluxmanların sayı isə 43 min 174 artaraq 28 milyon 496 min 996-nı keçib.

İngiltərədə son 24 saat ərzində virus səbəbiylə 454 ölüm və 12 min 57 yeni hadisə qeydə alınıb. Ölkədə ölənlərin sayı 119 min 387, virusa yoluxanların sayı isə 4 milyon 83 min 242-yə çatıb.

İtaliyada epidemiya səbəbiylə son 24 saat ərzində 347 nəfərin həyatını itirməsilə ölənlərin sayı 94 min 887-ə yüksəlib. Virusa yoluxanların sayı 13 min 762 artaraq 2 milyon 765 min 412 nəfərə çıxıb.

Fransada "Covid-19" səbəbiylə son 24 saat ərzində 271 nəfər dünyasını dəyişib. Bununla da can itkisi 83 min 393 olub. Bir gündə 22 min 501 yeni yoluxmanın qeydə alınması ilə, yoluxma sayı 3 milyon 536 min 648-ə yüksəlib.

İspaniyada infeksiyadan son 24 saat ərzində 388 nəfərin ölümü ilə, insan itkisi 66 min 704-ə çıxıb. Müvafiq dövrdə yoluxmaların 14 min 515 nəfər artaraq 3 milyon 121 min 687-yə çatıb.



Әlaqәli Xәbәrlәr