Fransada müsəlmanları hədəfə alan qanun layihəsi Məclisdə qəbul edilib

Fransada müsəlmanları hədəf aldığı səbəbiylə "ayrı-seçkilik" qoyduğu üçün tənqid olunan qanun layihəsi Milli Məclisdə qəbul edilib.

1584966
Fransada müsəlmanları hədəfə alan qanun layihəsi Məclisdə qəbul edilib

Fransada müsəlmanları hədəf aldığı səbəbiylə "ayrı-seçkilik" qoyduğuna görə tənqid olunan qanun layihəsi Milli Məclisdə qəbul edilib.

Səsvermədə qanun layihəsinin lehinə 341, əleyhinə isə 151 səs salınıb. 65 millət vəkili səsvermədə bitərəf qalıb.

Qanun layihəsi birini zorakılığa təşviq edən və ya cinsinə görə ayrı-seçkilik qoyan dini dərnəklərin bağlanmasına imkan yaradır.

Dövlət qulluqçularını dini səbəbdən təhdid edən, onlara zorakılıq edən yaxud da həqarət edənlərə 5 il həbs və 75 min avro ilə cərimələndirilməsini nəzərdə tutan layihə 10 min avrodan çox pul hədiyyə verilməsinin qaynağını açıqlaya bilməyən dərnəklərdən 3 min 750 avro cərimə alınmasını tələb edir.

Qanun layihəsi 3-16 yaş arası uşaqlar üçün formal təhsili məcbur edir, ancaq sağlamlığı və ya müstəsna halları olduğu təqdirdə hökumətin icazəsi ilə evdə təhsil almaqdan azad edir.

30 Mart tarixindən etibarən Senatda müzakirə ediləcək qanun layihəsinin burada səsvermədən sonra yenidən Milli Məclisə gəlməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr