Şimali Koreya diplomatı Cənubi Koreyaya qaçıb

Şimali Koreyanın Küveytdəki səfirliyinin müvəqqəti işlər vəkili  kimi vəzifə icra edən diplomat Ryu Hen U ailəsi ilə birlikdə Cənubi Koreyaya qaçıb.

1570575
Şimali Koreya diplomatı Cənubi Koreyaya qaçıb

Cənubi Koreya xəbər agentliyi "Yenhap”-ın məlumatlına görə Ryu Hen U Şimali Koreyanın Küveytdəki səfiri So Chang-sik 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiya qərarı ilə ölkədən deportasiya edildikdən sonra dimpomatik nümayəndəliyin rəhbəri kimi  vəzifəsini icra edirdi. Bildirilib ki, Ryu övladlarının gələcəyi üçün Cənubi Koreyaya qaçıb. Milli Kəşfiyyat Xidmətinin rəsmisi Ryu-nun qaçması ilə bağlı şərh verməkdən imtina edib.



Әlaqәli Xәbәrlәr