Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 900 mini, infeksiyaya yoluxanların sayı 92 milyon 500 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 66 milyon 100  mini keçib.

1563206
Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir


Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 900 mini, infeksiyaya yoluxanların sayı 92 milyon 500 mini, virusdan müalicә olunaraq sağalanların sayı da 66 milyon 100  mini keçib.

İngiltәrәdә koronavirus qurbanlarının sayı gün әrzindә 1564  artaraq 84  min 767  nәfәrә yüksәlib. Ölkәdә virusa yoluxanların sayı isә 47 min 525 artaraq  3 milyon 211  min 526  nәfәrә çatıb. Baş nazir Boris Conson epidemiya sәbәbindәn xәstәxanaların reanimasiya şöbәlәrinin risk altında olduğunu deyib.

İtaliyada koronavirus qurbanlarının sayı gün әrzindә 527  artaraq 80 min 326-ya, infeksiyaya yoluxanların sayı da 13 min 774  artaraq 2 milyon 319 min 36-ya çatıb.

İspaniyada koronavirus epidemiyasından ölәnlәrin sayı gün әrzindә 195  artaraq 52 min 878-ә, infeksiyaya yoluxanların sayı da 38 min 869  artaraq 2 milyon 176  min 89-a  çatıb. Ölkәdә virusa yoluxanların sayının  artmaqda davam etdiyi vә bu sәbәbdәn  rәsmilәrin  әlavә tәdbirlәr görmәyә başladığı bildirilmişdi.

Ermәnistanda koronavirusdan ölәnlәrin sayı 3 mini, infeksiyaya yoluxanların sayı da 160 mini keçib. Ölkә prezidenti Armen Sarkisyanın da koronavirus epidemiyası sәbәbindәn xәstәxanaya yerlәşdirildiyi bildirilib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında koronavirusdan vәfat edәnlәrin sayı 393  min 928-ә,, infeksiyaya yoluxanların sayı da  23 milyon 616  min yüksәlib.Ölkәdә 2 milyondan çox uşağın virusa yoluxduğu bildirilib.

Braziliyada koronavirus qurbanlarının sayı gün әrzindә 1274 artaraq 206 min 9-a, infeksiyaya yoluxanların sayı da 60 min 899 artaraq 8 milyon 257-ә çatıb.

Meksikada koronavirus qurbanlarının sayı gün әrzindә 1235 artaraq 15 min 873-ә, infeksiyaya yoluxanların sayı da 136 min 917 artaraq 1 milyon 517 min 901-ә yüksәlib.

Argentinada koronavirus qurbanlarının sayı gün әrzindә 135 artaraq 44 min 983-ә, infeksiyaya yoluxanların sayı da 12 min 725 artaraq 1 milyon 757  min 429-a yüksәlib. 

Kolumbiyada koronavirusdan ölәnlәrin sayı gün әrzindә 342 artaraq 47 min 124-ә, infeksiyaya yoluxanların sayı da 15 min 898 artaraq 1 milyon 831 min 980-ә çatıb.

Peruda koronavirusdan ölәnlәrin sayı gün әrzindә 74 artaraq  38 mini, epidemiyaya yoluxanların sayı da 2 min 932 artaraq  bir  milyonu keçib.

Ekvadorda epidemiyadan gün әrzindә vәfat edәnlәrin sayı 33  artaraq 1748-ә, infeksiyaya yoluxanların sayı da 14 min 229 artaraq 224 min 315-ә yüksәlib.

Çilidә koronavirusdan gün әrzindә vәfat edәnlәrin sayı 22 artaraq 17 mini, virusa yoluxanların sayı da 3 min 390 artaraq 650 mini keçib.



Әlaqәli Xәbәrlәr