FTB : “Bidenin andiçmə mərasimi ərəfəsində silahlı aksiyalar ola bilər”

20 Yanvarda Amerika Birləşmiş Ştatlarında (ABŞ) seçilmiş prezident Joe Biden andiçmə mərasimi keçirəcək.

1561745
FTB : “Bidenin andiçmə mərasimi ərəfəsində silahlı aksiyalar ola bilər”

ABŞ Federal Təhqiqat Bürosu (FTB) andiçmə mərasimi ərəfəsində 50 ştatın paytaxtındakı konqres binalarına silahlı hücum ehtimalı olduğunu açıqlayıb.

“ABC News” xəbərinə görə FTB-nin 50 ştatın paytaxt şəhərlərindəki konqreslərə ünvanladığı bülletendə : “Bizdə olan məlumata görə, 16-20 yanvar tarixlərində 50 ştat konqresində silahlı aksiyalar planlaşdırılır. Həmçinin 17-20 yanvar tarixlərində Vaşinqtonda da Konqresdə silahlı etirazlar olacağı ehtimal olunur”.

Digər tərəfdən, Konqres basqınından sonra paytaxt Vaşinqtonda 20 yanvarda keçiriləcək andiçmə mərasimi ərəfəsində təhlükəsizlik tədbirləri sürətlə artırılır. Vaşinqton bələdiyyə sədri Muriel Bowser, 20 Yanvarda şəhərdə şiddət hadisələri riskinə işarə edərək, xalqın Bidenin andiçmə mərasimini onlayn izləməsini məsləhət gördüyünü açıqlayıb.



Әlaqәli Xәbәrlәr