Qazaxıstan vətəndaşlarını Ukraynanın Odessa və Xarkov vilayətlərini tərk etməyə çağırıb

Qazaxıstanın Kiyevdəki səfirliyi öz vətəndaşlarını gərginlik və qeyri-sabitliyin artdığı Ukraynanın Odessa və Xarkov vilayətlərini tərk etməyə çağırıb.

2122205
Qazaxıstan vətəndaşlarını Ukraynanın Odessa və Xarkov vilayətlərini tərk etməyə çağırıb

Qazaxıstanın Kiyevdəki səfirliyi öz vətəndaşlarını gərginlik və qeyri-sabitliyin artdığı Ukraynanın Odessa və Xarkov vilayətlərini tərk etməyə çağırıb.

Qazaxıstanın xarici missiyası bəyan edib ki, Ukraynadan Qazaxıstana Polşa və Moldova vasitəsilə geri dönmək üçün iki marşrut var.

Vətəndaşlara bu ölkələrə çatıb, daha sonra isə müntəzəm reyslərlə Qazaxıstana getmək tövsiyə olunur. Səfirlik xəbərdarlıq edib ki, Polşa vasitəsilə geri qayıdarkən Şengen vizası tələb olunacaq. Moldova vasitəsilə geri qayıtmaq üçün viza tələb olunmur. Bundan əlavə, Qazaxıstan səfirliyi öz vətəndaşlarına hava hücumu siqnallarına məhəl qoymamağı və həyəcan təbili çaldığı halda tez bir zamanda sığınacaq axtarmağı tövsiyə edib.

Qeyd edək ki, Qazaxıstan administrasiyası Rusiya-Ukrayna müharibəsi başlayandan öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırır.

Səfirlik bildirir ki, Ukraynanı tərk etmək istəyən vətəndaşlarına lazımi köməklik göstərməyə hazırdır.

Xatırladaq ki, ötən həftə Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın yaxın aylarda böyük bir hücuma keçəcəyini söyləyib.

Rusiya prezidenti Vladimir Putin martın ortalarında Rusiyanın Xarkov vilayətində “sanitariya zonası” yaratmağı planlaşdırdığını bildirib.

Putin bu bölgənin Rusiyanın Belqorod vilayətini hücumlardan qorumaq üçün lazım olduğunu izah edib. Rusiya liderinin bəyanatı Belqorod, Bryansk və Kursk vilayətlərinə hücumların və Ukrayna tərəfində döyüşən rus könüllülər korpusunun sabotajçılarının Rusiya ərazisinə soxulmaq cəhdlərinin tez-tez baş verməsindən sonra verilib.



Әlaqәli Xәbәrlәr