İlham Əliyev terror aktı ilə əlaqədar Vladimir Putinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın paytaxtı Moskvadakı konsert zalında törədilən terror aktı nəticəsində həyatını itirənlərlə əlaqədar Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

2119097

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, Prezident İlham Əliyev başsağlığı məktubunda bu ifadələrə yer verib:"Bu dəhşətli terror aktı bizi dərindən sarsıtdı. Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralananlara isə tezliklə şəfa diləyirəm”.
Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvadakı ''Crocus city hall'' konsert zalına silahlı şəxslər tərəfindən hücum edilib. 
Rusiya Federal Təhlükəsizlik Xidmətinin paylaşdığı məlumatlara görə, ''Crocus city hall'' konsert zalında törədilən terror aktı nəticəsində 60 nəfər ölüb, 100-dən çox adam da yaralanıb.

Әlaqәli Xәbәrlәr