Rusiya Ruslan Aysinə qarşı məhkəmə işi açıb

Rusiyadakı siyasi təzyiqlərə görə iki il əvvəl Türkiyəyə köçən Aysin "TRT Rus" kanalına müsahibə verib

2119075
Rusiya Ruslan Aysinə qarşı məhkəmə işi açıb

 

  Tatarıstanlı politoloq və jurnalist Ruslan Aysinə qarşı “xarici agent" və "nasizmi ağartmaq" ittihamları ilə məhkəmə işi açılıb.

  Rusiyadakı siyasi təzyiqlərə görə iki il əvvəl Türkiyəyə köçən R.Aysin "TRT Rus" kanalına verdiyi müsahibədə bildirib: "Türk və İslam dünyasının, eləcə də Rusiya Federasiyasında yaşayan insanların mənafeyini qorumağa yönəlmiş siyasi və ictimai fəaliyyətlərə “xarici agent” adını qoyublar və hal-hazırda məsələ məhkəməyə verilməsi ilə nəticələnib. Rusiya məni “türk dünyasının maraqlarını qorumaqda” və “Türkiyənin maraqlarını müdafiə etmək üçün həddindən artıq səy göstərməkdə” ittiham edir. Xarici agent öhdəliklərinin tələblərini yerinə yetirmək mənim üçün alçaldıcı status deyil, amma bununla bağlı bütün qərar və sərəncamlara əməl etmək fikrində deyildim. İki məhkəmə, yazılı sərəncamlar, cərimələr, iki inzibati iş cinayət işinə çevrildi.

  "Nasizmi ağartmaq" ittihamı isə mənim öz xalqımı və bütün Rusiya Federasiyası xalqlarının maraqlarını müdafiə etmək səylərimlə əlaqəlidir. Mənə qarşı təqiblərin siyasi motivli olduğuna əminəm. 

  Hələlik Türkiyədəyəm. Türkiyə bizim üçün sığınacaq, həmişə hamımız - türklər və müsəlmanlar üçün qonaqpərvər vətən olub.

  Məhkəmə qərarlarını, ola bilsin, qiyabi həbs qərarını gözləməli olacam".

  Qeyd edək ki, Ruslan Aysin 2023-cü ilin martında "xarici agent" siyahısına əlavə edilib. RF Ədliyyə Nazirliyi Aysinin Rusiya siyasəti ilə bağlı “əsassız məlumatlar” yaydığına və Ukraynanın hücumunu tənqid etdiyinə görə “xarici agent” olduğuna qərar verib.



Әlaqәli Xәbәrlәr