Mərkəzi Asiya ölkələri nazirləri Düşənbədə toplandı

Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə...

1826992
Mərkəzi Asiya ölkələri nazirləri Düşənbədə toplandı

 

  Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri Tacikistanın paytaxtı Düşənbədə toplandı.

  Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, toplantıda Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi, Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev, Tacikistan xarici işlər naziri Siraciddin Muhriddin, Özbəkistan xarici işlər nazirinin müavini Vladimir Narov və Türkmənistan xarici işlər nazirinin müavini Vepa Hacıyev iştirak ediblər. 

  Görüşdə ticarət-iqtisadi, investisiya, nəqliyyat və tranzit sahələrində əməkdaşlığın artırılması, regional təhlükəsizliyin təmin edilməsi, müasir çağırış və təhdidlərə qarşı birgə mübarizə kimi regional əməkdaşlıq məsələləri müzakirə olunub.

  2022-ci ildə keçiriləcək Mərkəzi Asiya Dövlətləri Başçılarının 4-cü Məşvərət Toplantısına hazırlıq məsələlərini də müzakirə edən nazirlər bəyan ediblər ki, bu sammit çərçivəsində imzalanması planlaşdırılan “XXI əsrdə Mərkəzi Asiyanın inkişafı naminə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında saziş”in Orta Asiya ölkələri arasında yeni iş imkanları yaradacaq, bu sənəd birlik dövrünün başlanğıcını qoyacaq.

  Nazirlər həmçinin region ölkələri arasında dinamik və qarşılıqlı faydalı əməkdaşlığın Mərkəzi Asiyada davamlı inkişafa və ümumi rifaha nail olunmasına töhfə verəcəyini bildiriblər.



Әlaqәli Xәbәrlәr