Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1767027
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 yanvar 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1697 yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər həyatını dəyişib.

  İndiyədək ölkədə ümumilikdə 633 min 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 612 min 292 nəfər müalicə olunaraq sağalıb, 8 min 610 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 829 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 851, bu günə qədər isə ümumilikdə 6 milyon 65 min 279 test icra olunub.

  Yanvarın 23-də Azərbaycanda 22 min 586 nəfər yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə vaksinasiyadan keçib. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 42, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 122, “buster” doza ilə peyvənd olunanların sayı isə 18 min 422 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 813 min 840, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 214 min 124, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 729 min 272 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 870 min 444 nəfərdir.



Әlaqәli Xәbәrlәr