KTMT sülhməramlıları Qazaxıstandan çıxmağa başladı

Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

1762051
KTMT sülhməramlıları Qazaxıstandan çıxmağa başladı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları artıq mühafizə olunan obyektləri Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verməyə başlayıb.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Qazaxıstan Müdafiə Nazirliyinin  planı çərçivəsində sülhməramlıların mühafizəsində olan sosial obyektlərin yerli hüquq-mühafizə orqanlarına təhvil verilməsi prosesi başlayıb. 

Sülhməramlıların 10 gün ərzində ölkədən çıxacağı vurğulanıb.

Qazaxıtanın Almatı şəhərində maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı yanvarın 2-dǝ başlayan etiraz aksiyaları toqquşmalarla nəticələnib. Ölkədə yaşanan hadisələr nəticəsində 164 adam həyatını itirib, yüzlərlə təhlükəsizlik işçisi də yaralanıb.

Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayev bu sǝbǝbǝn hökumətin istefasını qəbul etmişdi  vǝ ölkǝdǝ fövqǝladǝ vǝziyyǝt rejimi elan etmişdi.

KTMT Kollektiv Təhlükəsizlik Şurasının  qəbul etdiyi qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün təşkilatın Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilmişdi. 

Qeyd edək ki, kontingentə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğız Respublikası silahlı qüvvələrinin bölmələri daxildir.



Әlaqәli Xәbәrlәr