Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (11 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1760889
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (11 yanvar 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 673 yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər həyatını itirib. 

  İndiyədək ölkədə ümumilikdə 622 min 236 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olun, onlardan 606 min 311 nəfər müalicə olunaraq sağalıb, 8 min 471 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 454 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 333, bu günə qədər isə ümumilikdə 5 milyon 957 min 603 test icra edilib. 

  Yanvarın 11-də Azərbaycanda 32 min 735 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 124 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 215 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 531 min 165, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 187 min 462, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 699 min 487 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 644 min 216 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr