Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1760189
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 yanvar 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 329 yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər həyatını dəyişib. 

  İndiyədək ölkədə ümumilikdə 621 min 563 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 605 min 919 nəfər müalicə olunaraq sağalıb, 8 min 457 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 187 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 247, bu günə qədər isə ümumilikdə 5 milyon 948 min 270 test icra edilib.

  Yanvarın 10-da Azərbaycanda 58 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 37 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 498 min 430, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 184 min 66, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 695 min 363 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 619 min 1 nəfərdir.



Әlaqәli Xәbәrlәr