Azərbaycan Türkiyəyə başsağlığı verdi
Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Şanlıurfa rayonunun Akçakale qəsəbəsindəki sərhəd xəttində şəhid olan əsgərlər üçün Türkiyənin Milli müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülərə başsağlığı verərək bildirib
Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Şanlıurfa rayonunun Akçakale qəsəbəsindəki sərhəd xəttində şəhid olan əsgərlər üçün Türkiyənin Milli müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülərə başsağlığı verərək bildirib: "Türkiyənin Şanlıurfa rayonunun Akçakale qəsəbəsində törədilən terror hücumu nəticəsində şanlı Türkiyə ordusunun üç əsgərinin şəhid olması xəbəri bizi dərindən üzdü. Sizin ağrınız bizim ağrımızdır. Terrorla mübarizədə hər vaxt qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və bütün gücümüzlə sizi dəstəkləyirik.
Allah şəhid əsgərləri rəhmət eləsin, yaxınlarına səbir versin”.
Xatırladaq ki, Şanlıurfanın Akçakale qəsəbəsindəki sərhəd xəttində terrorçuların qumbaralarla hücumu nəticəsində Türkiyənin üç əsgəri şəhid olub.