NATO Qazaxıstandakı vəziyyətə münasibət bildirdi

NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Qazaxıstandakı son hadisələrlə bağlı şərh paylaşaraq deyib...

1759178
NATO Qazaxıstandakı vəziyyətə münasibət bildirdi

 

  NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Qazaxıstandakı son hadisələrlə bağlı şərh paylaşaraq deyib: “Qazaxıstandakı vəziyyəti yaxından təqib edirik. Can itkisi xəbərləri üzücüdür. Zorakılıq təcili dayandırılmalı və təməl insan haqlarına hörmət göstərilməlidir."

  Xatırladaq ki, Qazaxıstanda mayeləşdirilmiş təbii qazın (LNG) qiymətinin artırılması və sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar 2 yanvarda başlayan etiraz nümayişləri ölkənin ən böyük şəhəri Almatıda zorakılıq hadisələri və silahlı qarşıdurmalara çevrildi. Qazaxıstan prezidenti Kasım Jomard Tokayev etirazlara görə məsuliyyət daşığıdını dediyi hökumətin istefasını qəbul etdi və hadisələrin yayılmasının qarşısını almaq üçün ölkədə Fövqəladə Vəziyyət elan etdi.

  Qeyd edək ki, Tokayev "Hüquq-mühafizə orqanlarına və orduya xəbərdarlıq etmədən atəş açma əmrini mən verdim" deyib.



Әlaqәli Xәbәrlәr