Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (6 dekabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1743760
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (6 dekabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1791 nəfər müalicə olunaraq sağalıb, 1791 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 596 min 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 565 min 521 nəfər müalicə olunaraq sağalıb, 7983 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 23 min 469 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 385, bu günə qədər isə ümumilikdə 5 milyon 608 min 158 test icra olunub.

  Qeyd edək ki, dekabrın 6-da Azərbaycanda 154 nəfər yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 3 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 703 min 142, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 98 min 684, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 593 min 286 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 11 min 172 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr