Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 dekabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1743220
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 dekabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1791 nəfər müalicə olunaraq sağalıb, 1791 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 596 min 388 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 564 min 577 nəfər müalicə olunaraq sağalıb, 7967 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 23 min 844 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 503, bu günə qədər isə ümumilikdə 5 milyon 602 min 773 test icra olunub.

  Qeyd edək ki, dekabrın 5-də Azərbaycanda 27 min 339 nəfər yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 17, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 363, “buster” doza ilə peyvənd olunanların sayı isə 19 min 959 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 702 min 988, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 98 min 541, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 593 min 278 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 11 min 169 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr