Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (1 dekabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə....

1741625
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (1 dekabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1967 nəfər müalicə olunaraq sağalıb, 1795 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 590 min 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 556 min 716 nəfər müalicə olunaraq sağalıb, 7884 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 25 min 513 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 565, bu günə qədər isə ümumilikdə 5 milyon 551 min 849 test icra olunub.

  Qeyd edək ki, dekabrın 1-də Azərbaycanda 40 min 314 nəfər yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 min 125, “buster” doza ilə peyvənd olunanların sayı isə 30 min 8 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 567 min 919, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 83 min 530, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 573 min 36 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 911 min 353 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr