Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 iyul 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1680469
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 iyul 2021)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 80 nəfər müalicə olunaraq sağalıb, 272 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkədə 338 min 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub.

  Analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 340 min 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 min 136 nəfər müalicə olunaraq sağalıb, 5 min 9 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 570 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5616, bu günə qədər isə ümumilikdə 3 milyon 980 min 697 test aparılıb.   

  Qeyd edək ki, iyulun 26-da Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 432 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 197, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 235 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 milyon 564 min 329, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 654 min 273, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 milyon 910 min 56 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr