Ersin Tatar:‘‘Biz başqa dövlәtik''

Şimali Qıbrız Türk Cümhuriyyәtinin prezidenti Ersin Tatar deyib: ‘‘Biz başqa dövlәtik, biz başqa xalqıq. Qıbrızda federasiya yoxdur.Bundan sonra iki dövlәtli hәll yolu izlәnilmәlidir’’.

1619920

Türkiyә Barolar Birliyindәn verilәn bәyanata görә, Şimali Qıbrız Türk Cümhuriyyәtinin prezidenti Ersin Tatar Türkiyә Barolar Birliyi vә Beynәlxalq Qıbrız Universiteti tәrәfindәn onlayn qaydada keçirilәn ‘‘Şimali Qıbrız Türk Cümhuriyyәtinin dünәni, bu günü vә sabahı’’ başlıqlı iclasına qatılıb.
Qıbrızda vә Şәrqi Aralıq dәnizindәki vәziyyәtin әvvәlkindәn fәrqli olduğunu bildirәn Ersin Tatar deyib: ‘‘Beynәlxalq maraqlarımızdan imtina etmәdәn  mövqeyimizi qorumaq bizim vәzifәmizdir. Rumların anladığı federasiya ilә bizim anladığımız federasiya arasında bәnzәrlik yoxdur’’.
Ersin Tatar Qıbrızda ancaq iki suveren, müstәqil dövlәtin әmәkdaşlığı ilә  bir razılaşmanın  ola bilәcәyini vurğulayıb.

Әlaqәli Xәbәrlәr