Qazaxıstan Türkiyə istehsalı olan zirehli hərbi maşını test etdi

Sınaqlar Karaqanda əyalətindəki "Spassk" hərbi təlim meydanında gündüz və axşam saatlarında aparıldı

1593009
Qazaxıstan Türkiyə istehsalı olan zirehli hərbi maşını test etdi

 

  Qazaxıstan ordusu istifadəyə hazır olan Türkiyə istehsalı, zirehli hərbi maşın “Arma 8×8” ilə “Nefer” - uzaqdan əmrli silah sistemini test etdi.

  Karaqanda əyalətindəki "Spassk" hərbi təlim meydanında gündüz və axşam saatlarında aparılan sınaqlarda “Arma 8×8” zirehli hərbi maşınla “Nefer” uzaqdan əmrli döyüş modulunun xüsusiyyətləri araşdırıldı.

  Qazaxıstan ordusunda istifadə üçün ölkənin sərt qış şərtlərinin diqqətə alınaraq xüsusi hazırlandığı Türkiyə istehsalı “Nefer” silah modulu (7,62 millimetr pulemyot ilə 30 millimetr 2A42 avtomatik top) uzaqdan əmrli döyüş sistemi və termal göstərmə kamerası sayəsində gecə atəş açmağa və hədəfləri düzgün nişan almağı təmin edir.



Әlaqәli Xәbәrlәr