Özbəkistan 5 ölkəyə 10 günlük vizasız səyahət haqqı tanıdı

Ölkə prezidenti Şövkət Mirziyoyev tərəfindən fevral ayında ölkədə turizmin inkişafı ilə bağlı imzalanan fərmanla həyata keçirilən yeni tətbiqə görə...

1592993
Özbəkistan 5 ölkəyə 10 günlük vizasız səyahət haqqı tanıdı

 

  Özbəkistanda turizmin inkişaf etdirilməsi məqsədiylə 5 ölkə vətəndaşlarına tanınan 10 günlük vizasız səyahət haqqı qüvvəyə mindi.

  Ölkə prezidenti Şövkət Mirziyoyev tərəfindən fevral ayında ölkədə turizmin inkişafı ilə bağlı imzalanan fərmanla həyata keçirilən yeni tətbiqə görə, Bəhreyn, Qətər, Küveyt, Oman və Çin vətəndaşları 10 günlüyə ölkədə vizasız qala biləcək.

  Bu fərmanla Çin vətəndaşlarının 7 günlük vizasız qalma haqqı da 10 günə çıxarılmış olub.

  Sözügedən ölkələrin vətəndaşlarının bu haqdan faydalanmaları üçün öz ölkələrinə və ya üçüncü bir ölkəyə aldıqları geri dönüş təyyarə biletləri olmalıdır.

  Xatırladaq ki, Özbəkistan hökuməti bundan əvvəl turizmi inkişaf etdirmək üçün aldığı qərarlar çərçivəsində aralarında Türkiyənin də olduğu 86 ölkə xalqına 1-3 ay arası ölkədə vizasız qalma haqqı tanıyıb.



Әlaqәli Xәbәrlәr