Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 fevral)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1587761
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 fevral)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından 142 nəfər müalicə olunaraq sağalıb, 156 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 233 min 129 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 227 min 761 nəfər müalicə olunaraq sağalıb, 3198 nəfər vəfat edib. Aktiv xəstə sayı 2170 nəfərdir.

  Ötən müddət ərzində 2 milyon 551 min 116 test aparılıb. Bugünkü test sayı isə 7236-dir.



Әlaqәli Xәbәrlәr