Qazaxıstanda keçirilmiş parlament seçkilərinin nəticələri

Qazaxıstanda parlament seçkilərinin dəqiq nəticələri məlum olub.

1562002
Qazaxıstanda keçirilmiş parlament seçkilərinin nəticələri

Qazaxıstanda parlament seçkilərinin dəqiq nəticələri məlum olub.

Ölkənin birinci Prezidenti-Nursultan Nazarbayevin başçılıq etdiyi "Nur-Otan" Partiyası ölkədə keçirilmiş parlament seçkilərində qələbə qazanıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Nur-Otan" Partiyasından 76, "Ak Yol" 12, Qazaxıstan Xalq Partiyasından 10 millət vəkili Parlemant Məclisində 5 il müddətində vəzifə icra edəcək. 

Seçki nəticələrinə görə,  "Nur-Otan" partiyası 71,09, yeddi faizlik baryeri  “Ak Jol (“İşıqlı yol") 10,95%-lə, “Qazaxıstan Xalq Partiyası” 9,1%-lə keçib.

Parlament seçkilərində iştirak etmiş “Aıul” (“Kənd”) və “Adal” (“Dürüst”) partiyaları müvafiq olaraq 5,29% və 3,57% faiz səs toplayıblar.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dövründə reallaşan ilk Parlament seçkilərində 7 milyon 241 min 562 seçici səs verib. 

Qazaxıstan müstəqilliyini qazandıqdan sonra ilk dəfə konstitusiyada nəzərdə tutulmuş tarixdə keçirilən seçkilərdə 5 partiyadan 90-ı qadınr olmaqla 312 namizəd yarışıb. 



Әlaqәli Xәbәrlәr