Dünya son illərin ən güclü geomaqnit qasırğası ilə sarsıldı

Milli Okean və Atmosfer İdarəsi (NOAA) Günəşdə baş verən partlayışla bağlı açıqlama verib.

2119708
Dünya son illərin ən güclü geomaqnit qasırğası ilə sarsıldı

Dünya son illərin ən güclü geomaqnit qasırğası ilə sarsıldı.

Milli Okean və Atmosfer İdarəsi (NOAA) Günəşdə baş verən partlayışla bağlı açıqlama verib.

Açıqlamada geomaqnit qasırğasının elektron cihazlarda problemlər yarada biləcəyi xəbərdarlığı edilib. Əlavə edilib ki, GPS (Qlobal Yerləşdirmə Sistemi) ilə bağlı problemlər ola bilər.

Belə fırtınalar adətən Günəşdən Yerə gələn yüklü hissəciklərin atmosferlə qarşılıqlı əlaqəsi nəticəsində baş verir və maqnit qasırğalarına səbəb ola bilər.

Fırtına Yer kürəsindən 20 dəfə böyük olan ləkədən gəlib. Bir neçə gün əvvəl Günəşdə baş verən alov birbaşa Yerə doğru böyük hissəciklər axınına səbəb oldu.

Geomaqnit qasırğalarını izləyən elm adamları bu hadisədən sonra planeti günəş qasırğasının vura biləcəyini proqnozlaşdırıblar. Lakin belə güclü fırtına ilə qarşılaşacağı proqnozlaşdırılmırdı.

Astronomlar bildirirlər ki, Günəşdə partlayışlar tədricən artacaq və bir neçə il ərzində pik həddə çatacaq.



Әlaqәli Xәbәrlәr