Türkiyənin ən böyük peyvənd tədqiqatı və istehsalı müəssisəsinin birinci mərhələsi

Çoxlu sayda laboratoriyanın da yerləşəcəyi mərkəzdə birinci mərhələdə quduzluq, “Hepatit A” və suçiçəyi peyvəndlərinin istehsalı nəzərdə tutulub

2130448
Türkiyənin ən böyük peyvənd tədqiqatı və istehsalı müəssisəsinin birinci mərhələsi

 

  Türkiyənin ən böyük peyvənd tədqiqatı və istehsalı müəssisəsinin birinci mərhələsi 2024-cü ilin sonunda paytaxt Ankarada istifadəyə veriləcək.

  Türkiyə Səhiyyə Nazirliyinin dəstəyi ilə “Esenboğa” havalimanının yaxınlığında inşa edilən “Hıfzıssıhha-Türkiye” adlı mərkəzin ümumi sahəsi 50 min kvadratmetr olacaq.

  Çoxlu sayda laboratoriyanın da yerləşəcəyi mərkəzdə birinci mərhələdə quduzluq, “Hepatit A” və suçiçəyi peyvəndlərinin istehsalı nəzərdə tutulub. Həmçinin bəzi genetik məhsullarla bağlı araşdırmalar aparılacaq, istehsal təşkil ediləcək.

  “Hıfzıssıhha-Türkiye” mərkəzi tam gücü ilə fəaliyyətə başlayandan sonra Türkiyədəki bütün vaksinasiya proqramlarının 2028-ci ildən etibarən yerli peyvəndlər hesabına həyata keçirilməsi nəzərdə tutulub.

  Qeyd edək ki, Türkiyədə peyvənd istehsalı 1998-ci ildə dayandırılıb, 2022-ci ildə koronavirusa qarşı hazırlanan “Turkovac”ın istehsalı ilə bərpa olunub.



Әlaqәli Xәbәrlәr