Zərif fiziki təmas və depressiya

Almaniya və Hollandiya tədqiqatçıları bununla bağlı xüsusi araşdırma aparıblar

2130293
Zərif fiziki təmas və depressiya

 

  Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər. Almaniya və Hollandiya tədqiqatçıları bununla bağlı xüsusi araşdırma aparıblar. Nəticədə alimlər fiziki təmasın təsirini anlamaq üçün 10 minə yaxın insanın iştirak etdiyi 200-dən çox araşdırmanı təhlil ediblər. Onlar müəyyənləşdiriblər ki, hətta kiçik və zərif toxunuşlar yaş qrupundan asılı olmayaraq, onların müddəti və tezliyindən çox, ağrı, narahatlıq və depressiyaya müsbət təsir göstərir. Heyvanlarla, eləcə də insanlarla fiziki təmas psixi sağlamlıqda əsas rol oynayır.

  Araşdırmada yeni doğulan körpələrlə valideynlərin təmasının vacibliyinə diqqət çəkilib, insanlar arasında fiziki təmasın sonrakı yaşlarda psixi sağlamlıq üçün vacib olaraq qaldığı qeyd edilib. Tədqiqatçılar, fiziki təmasın insanların həyatına daxil edilməsinin ümumi sağlamlığı yaxşılaşdırmaq üçün sadə və təsirli bir üsul ola biləcəyini sübuta yetiriblər.



Әlaqәli Xәbәrlәr