Türkiyənin ilk “cib” peyki sabah (13 yanvar) kosmosa buraxılacaq

Türkiyənin Zonguldağ Bülent Ecevit Universitetinin (BEU) Mühəndislik fakültəsinin tələbələrindən ibarət Grizu-263 Kosmos Qrupu tərəfindən hazırlanan Türkiyənin ilk cib peyki “Grizu-263A”, “SpaceX Falcon 9” raketi ilə sabah kosmosa göndəriləcək.

1761375
Türkiyənin ilk “cib” peyki sabah (13 yanvar) kosmosa buraxılacaq

TRT Anadolu Agentliyinə istinadən xəbər verir ki, peyk sabah (13 yanvar) Türkiyə vaxtı ilə saat 18:25-də ABŞ-daki “Cape Canaveral” bazasından havaya qalxacaq.

Peykin təxminən 525 kilometr aşağı yer orbitində 4 il 8 ay xidmət etməsi planlaşdırılır.

Qeyd edək ki, Türksat tərəfindən təşkil edilən TEKNOFEST sərgisi çərçivəsində 95 komanda arasında Türkiyə birincisi olaraq mükafatını prezident Rəcəb Tayyib Ərdoğandan alan kosmos komandası, ABŞ-da keçirilən "CanSat Yarışması" Model Peyk Müsabiqəsində iki dəfə dünya ikincisi olub.

 



Әlaqәli Xәbәrlәr