“Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünyası” adlı beynəlxalq simpozium

Bakıda “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünyası” adlı beynəlxalq simpozium keçirilir.

1716764
“Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünyası” adlı beynəlxalq simpozium

Oktyabrın 8-də paytaxt Bakıda Azərbaycan Texniki Universiteti (AzTU), Türk Ocağı Dərnəyi və TİKA-nın birgə təşkilatçılığı ilə “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünyası” adlı beynəlxalq simpozium işə başlayıb.

Simpoziumda Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

"Azərtac" informasiya agentliyinin məlumatına görə, simpoziumun əsas müzakirə mövzusu türk dünyasının birliyidir. Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov, Türk Ocağı təşkilatının sədri professor Mehmet Öz, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz tədbirin əhəmiyyətini vurğulayıblar.

Sonra UNESCO Türkiyə Milli təşkilatının rəhbəri Öcal Oğuz ilə canlı bağlantı yaradılıb.

Oktyabrın 10-dək davam edəcək simpoziumun panel iclaslarında Türkiyənin Qazi Universiteti, Qırğızıstanın Manas və Türk-Kazak Ahmet Yasəvi Universitetindən 31, Azərbaycanın müxtəlif ali məktəblərinin, elmi müəssisələrin 18 alimi iştirak edir. Onlar 48 elmi məruzəni müzakirə edəcəklər.



Әlaqәli Xәbәrlәr