Robert Kox İnstitutu: "Covid-19" ilə mübarizənin ən güclü silahı peyvənddir

Almaniyadakı Robert Kox İnstitutunun (Robert Koch Institute) sədri Lothar Vieler yeni növ koronavirus (Covid-19) ilə mübarizədə ən güclü silahın peyvənd olduğuna diqqət çəkib.

1704879

Vieler paytaxt Berlində keçirilən mətbuat konfransında "Covid-19" epidemiyasının bütün sürətlə davam etdiyini və xəstəxanada müalicə alan xəstələrin sayının artdığını bildirib.

"Covid-19" ilə mübarizədə ən güclü silahın "peyvənd" olduğuna diqqət çəkərək deyib:

"Mövcud peyvənlənməni kəskin şəkildə artırmasaq, payızda dördüncü dalğa payızda zirvəyə çata bilər".

Peyvənd olunmayanların "Covid-19" epidemiyasından xəstəxanaya yerləşdirilmə ehtimalının peydənd olunanlarla müqayisədə 10 qat daha çox olduğunu vurğulayan Vieler daha çox insana vaksin vurulmasının epidemiyanın sona çatmasına kömək edəcəyinə diqqət çəkib.

"Covid-19" peyvəndlərinin ilin yanvar-iyul aylarında təxminən 77 min adamın xəstəxanaya yerləşdirilməsini və 20 min insanın reanimasiya şöbələrində qarşısını aldığını ifadə edən Vieler eyni dövrdə peyvəndlərin 700 mindən çox yeni "Covid-19" epidemiya yoluxmasının və 38 min ölümün də qarşısını aldığını bildirib.

Vieler bunu "Covid-19" peyvəndinin uğuru olduğunu qeyd edərək, "Peyvənd oluna bilən, lakin hələ olunmamış hər kəs peyvəndlənsin" çağırışı edib.

Әlaqәli Xәbәrlәr