Rusiya ilk "Arktika-M" meteoroloji peykini kosmosa göndərdi
“Roscosmos”un rəhbəri Dmitri Roqozin bildirib...
1592231
Rusiya Federal Kosmos Agentliyi (Roscosmos) ilk "Arktika-M" meteoroloji peykini “Soyuz-2,1b” raket daşıyıcısıyla kosmosa göndərdi.
“Roscosmos”un rəhbəri Dmitri Roqozin peykin orbitə müvəffəqiyyətlə girdiyini və mütəxəssislərin peyklə əlaqəni təmin etdiklərini bildirib.
“Arktika-M” peyki Türkiyə saatı ilə 09.55-də Qazaxıstandakı Baykonur Kosmik Bazasından yüksək eliptik orbitə göndərilib. 7 il çalışacaq 2,2 ton ağırlığındakı peyk Arktika bölgəsindəki iqlim və şərtləri izləyəcək.
İkinci “Arktika-M” peykinin 2023, daha 5-inin isə 2024-2025-ci illərdə kosmosa göndərilməsi planlaşdırılır.