Dünyada ilk dəfə insan quş qripinə yoluxdu

İndiyədək quş qripinin insandan insana keçməsi halı qeyd olunmamışdı

1587481
Dünyada ilk dəfə insan quş qripinə yoluxdu

 

  Rusiyada ilk dəfə insanın quş qripinə yoluxması faktı aşkar edilib. Bu barədə Rusiya Federal İstehlakçıları Hüquqlarına və İnsan Rifahı Sahələrinə Nəzarət Xidmətinin (Rospotrebnadzor) rəhbəri Anna Popova məlumat verib. Onun sözlərinə görə, Rusiya quşçuluq fabriklərindən birinin 7 əməkdaşında yeni növ A(H5H8) quş qripi aşkarlanıb. Bu, quş qripinin yeni A(H5H8) növünün ilk dəfə quşlardan insana keçməsi faktıdır. Həmin fabrikdə ötən ilin dekabrında quşların kütləvi şəkildə xəstəliyə yoluxması qeydə alınmışdı.

  A.Popova deyib ki, görülən tədbirlər nəticəsində qripin daha geniş yayılmasının qarşısı alınıb və həmin xəstələr hazırda özlərini yaxşı hiss edirlər.

  İndiyədək quş qripinin insandan insana keçməsi halı qeyd olunmamışdı. Rusiya alimləri quş qripinin yeni A(H5H8) növünün dəyişikliyə uğrayaraq ilk dəfə quşdan insana keçməsi barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatına göndəriblər.



Әlaqәli Xәbәrlәr