Rusiyada terror aktı nəticəsində həyatını itirənlərin sayı 144 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktında həyatını itirənlərin sayı 144 nəfərə yüksəlib.

2122228
Rusiyada terror aktı nəticəsində həyatını itirənlərin sayı 144 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktında həyatını itirənlərin sayı 144 nəfərə yüksəlib.

Səhiyyə naziri Mixail Muraşko Moskvada jurnalistlərə verdiyi  açıqlamada martın 22-də “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində xəsarət alan və müalicə alanlardan birinin bu gün dünyasını dəyişdiyini bildirib.
Muraşko qeyd edib ki, 17-si ağır olmaqla 69 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.
Martın 22-də axşam saatlarında Moskvada “Crocus City Hall” konsert zalında silahlı şəxslər tərəfindən terror aktı törədilib. Sosial mediada paylaşılan görüntülərdə təcavüzkarların zalda avtomat silahlarla insanları hədəf aldığı anlar əks olunub.
Rusiya prezidenti Vladimir Putin hücumu həyata keçirən 4 terrorçu da daxil olmaqla 11 nəfərin ələ keçirildiyini açıqlayıb.


Etiketlәr: #Moskva , #terror aktı , #Rusiya

Әlaqәli Xәbәrlәr