Entoni Blinken: "DAEŞ-ın hələ də real təhlükə olduğunu unutmamalıyıq''

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken terror təşkilatı DEAŞ-ın "hələ də real təhlükə" olduğunu bildirib.

2120847

Entoni Blinken paytaxt Vaşinqtonda İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə görüşüb. Görüş zamanı jurnalistlərə bəyanat verən Entoni Blinken İraqın bölgənin sabitliyi üçün kritik əhəmiyyətə malik olduğunu vurğulayaraq deyib:"DAEŞ-ın hələ də real təhlükə olduğunu unutmamalıyıq. Bu təhlükənin öhdəsindən gəlmək üçün illər ərzində apardığımız mübarizəyə baxmayaraq, bir neçə gün əvvəl Rusiyada baş vermiş dəhşətli hücum bizə xatırlatdı ki, DEAŞ öz potensial gücünü qorumağa davam edir. DEAŞ-a qarşı mübarizəni davam etdirməliyik və onun yenidən üzə çıxmayacağından əmin olmalıyıq”. 
Rusiyada baş verən hücumu pisləyən İraq baş nazirinin müavini və xarici işlər naziri Fuaq Hüseyn də ölkəsinin bu terror təşkilatına qarşı mübarizəsinə işarə edib.

Әlaqәli Xәbәrlәr