Türkiyə mətbuatı: 19 aprel 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2129527
Türkiyə mətbuatı: 19 aprel 2024

''Sabah'': Ərdoğan: ''Qərb yekdilliklə İsrailə “dur” deməlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili hədəf alan İrana qarşı sürətli hərəkətə keçən Qərbin Qəzza ilə bağlı susmasını tənqid edib. Ərdoğan deyib: “Qərb ölkələrinin İrana yekdilliklə reaksiya verə bildiyini gördük. Eyni aktorlar indi yekdilliklə İsrailə “dur” deməlidirlər.

''Star'': Numan Kurtulmuş sionist zülmünün qurbanı olan alimlərə müraciət etdi

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sionist zülmü ilə üzləşən bütün elm adamlarına çağırış edib. Kurtulmuş deyib: ''Türkiyənin qapısı hər elm adamına açıqdır''.

''Yeni Şafak'': Türkiyə Yunanıstanın bu addımına cavab verdi

Türkiyə Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin İon və Egey dənizlərində qurmağı planlaşdırdığı dəniz parklarına sərt reaksiya verdi. Xarici İşlər Nazirliyi bəyan edib ki, beynəlxalq müqavilələrə əsasən, Yunanıstanın Yunanıstana aid olmayan ada və adacıqlarla bağlı sərəncam vermək hüququ yoxdur.

''Haber Türk'': İstanbul Hava Limanı 10-cu sıradadır

Böyük Britaniyanın ''Skytrax'' aviasiya reytinq agentliyi dünyanın ən yaxşı hava limanlarını müəyyənləşdirib. Sərnişinlərlə aparılan sorğulara əsaslanan siyahıda İstanbul Hava Limanı "World Airports Awards 2024"-də 10-cu sırada qərarlaşıb.

''Hürriyet'': “Mobilefest 2024'' sərgisi üçün geri sayım başladı

Avrasiya regionunun ən böyük texnologiya sərgisi olan ''Mobilefest'' 25-27 aprel tarixlərində İstanbulda keçiriləcək. Dördüncü dəfə təşkil olunacaq Mobilefest Rabitə Texnologiyaları Sərgi və Konfransı 300-dən çox brend və 20 mindən çox ziyarətçiyə ev sahibliyi edəcək.

 



Әlaqәli Xәbәrlәr