Türkiyə mətbuatı, 26 aprel 2024

“Haber Türk”, “Star”, “Hürriyet”, Sabah” və “Yeni Şafak” nələrdən yazır?

2132449
Türkiyə mətbuatı, 26 aprel 2024

 

“Haber Türk”: Xarici İşlər Nazirliyindən 1915-ci il hadisələrilə bağlı Çiliyə reaksiya

  Türkiyə Xarici İşlər Nazirliyi Çili parlamentinin 1915-ci il hadisələrini “soyqırım” kimi qəbul etməsinə reaksiya verərək bildirib: "Qərar yox hökmündədir. Parlamentlərin tarixi şərh etmək səlahiyyəti yoxdur".

“Star”: Türkiyə BMT TŞ-də mövqeyini qəti qoydu

  Türkiyənin BMT-dəki daimi nümayəndəsi Əhməd Yıldız terror təşkilatı PKK/YPG və onun separatçı terror gündəminin Suriyanın gələcəyində yeri olmadığını bildirdi.

“Hürriyet”: İlin əvvəlindən 802 terrorçu zərərsizləşdirilib

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, İraq və Suriyanın şimalı da daxil olmaqla son bir həftədə 54, 2024-cü il yanvarın 1-dən isə İraqın şimalında 360, Suriyanın şimalında isə 442 olmaqla 802 terrorçu zərərsizləşdirilib.

“Sabah”: Yılmaz “Türkiyə iqtisadiyyatı 14 rübdür davamlı böyüyür" dedi

  Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkə iqtisadiyyatının qlobal və regional çətinliklərə baxmayaraq, neqativləri aşdığını və 14 rübdür ki, fasiləsiz böyüməyə davam etdiyini bildirərək deyib: “Türkiyə 2023-cü ildə inkişaf performansına görə Avropa İttifaqı və o cümlədən OECD ölkələri arasında ikinci yerdədir”.

 

 

“Yeni Şafak”: Türkiyə peyvənd istehsal bazası olacaq

  Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca ölkədə vaksin istehsal bazası üçün işlərin sürətlə davam etdiyini söyləyərək "Qapalı sahəsi 50 min kvadratmetr olan Gigiyena-Türkiyə Peyvənd və Biotexnoloji Məhsullar Araşdırma və İstehsal Mərkəzinin birinci mərhələsinin tikintisi tamamlanmaq üzrədir."



Әlaqәli Xәbәrlәr