Türkiyə mətbuatı, 30 aprel 2024

“Sabah”, “Hürriyet”, “Yeni Şafak”, “Star” və “Vatan” nələrdən yazır?

2133615
Türkiyə mətbuatı, 30 aprel 2024

 

“Sabah”: Ərdoğan “Şəhər planlaması Türkiyə üçün zəruridir" dedi

  Türkiyə prezidenti R.T.Ərdoğan AFAD-ın sədrliyi ilə keçirilən mərasimdə bildirib: "Əhalinin 71 faizinin zəlzələ riski yüksək olan yerlərdə məskunlaşdığı Türkiyə üçün şəhərsalma işləri seçkilərdən daha vacibdir".

“Hürriyet”: MİT-in Şimali İraq əməliyyatı

  MİT-in İraqın şimalındakı Hakurk bölgəsində son bir həftə ərzində həyata keçirdiyi əməliyyatlarda aralarında sözdə təşkilat başçıları olan 15 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

“Yeni Şafak”: Nazir Bayraktardan təbii qaz müjdəsi

  Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Sakarya qaz sahəsində gündəlik 4,5 milyon kubmetr qaz hasil edildiyini və bunun 1,8 milyon ev təsərrüfatının ehtiyacını ödəyə biləcəyini söylədi.

“Star”: Türkiyəyə güclü xarici resurs axını

  Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək İslam İnkişaf Bankının (İİB) 2024-2026-cı illər Ölkə Strategiyası çərçivəsində Türkiyədəki layihələrə 6,3 milyard dollar maliyyə təmin edəcəyini bildirib və “Belə bir iqtisadi proqram həyata keçiririk, Türkiyəyə xarici qaynaq axını belə davam edir” deyib.

“Vatan”: THY Əfqanıstana uçuşları bərpa edir

  2021-ci ildə Əfqanıstana uçuşları dayandıran Türkiyə Hava Yolları (THY) bu ölkəyə uçuşları bərpa edir: mayın 21-də Əfqanıstanın paytaxtı Kabilə uçuşları bərpa edəcək aviaşirkət həftənin 4 günü İstanbul-Kabil uçuşları həyata keçirəcək.



Әlaqәli Xәbәrlәr