Türkiyə mətbuatı, 13 may 2024

“Hürriyet”, “Star”, “Sabah” və “Haber Türk” nələrdən yazır?

2138759
Türkiyə mətbuatı, 13 may 2024

 

“Hürriyet”: Ərdoğan Yunanıstan mətbuatına danışdı: “Biz əbədi sülh üçün çalışırıq”

  Yunanıstanın “Kathimerini” qəzetinə açıqlama verən prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstan və Türkiyə münasibətləri ilə bağlı mesajlar verərək deyib: “Həll yönümlü addımlar əhəmiyyət kəsb edir. İki divar arasında sıxışdırılmağa çalışan iki ölkə arasındakı münasibətləri yumşaltmaq, qərəzlərlə bəzədilmiş divarları yıxmaq bizim əlimizdədir. Biz əbədi sülh üçün çalışırıq."

“Star”: Şahzadə Loran “Türkiyə özümüzü necə inkişaf etdirə biləcəyimizi bizə göstərə biləcək bir ölkədir” dedi

  Prezident R.T.Ərdoğanın Türkiyəni müdafiə sənayesində dünyanın ən yaxşıları sırasına gətirdiyini söyləyən Belçika şahzadəsi Loran bildirib: “Cənab Ərdoğan indi dünyanın ən yaxşıları arasında olan bir silah sənayesini inkişaf etdirdi. NATO-nun baş katibi Yens Stoltenberq də Türkiyəni təqdir edir. Böyük potensialı olan Türkiyə həm də özümüzü necə inkişaf etdirə biləcəyimizi bizə göstərə biləcək bir ölkədir. Düşünürəm ki, Avropanın bu digər ölkələrdən öyrənəcəyi şeylər var.

“Sabah”: Türkiyə balı 11,5 milyon dollar qazandırıb

  2024-cü ilin yanvar-aprel dövründə Türkiyədən bal ixracatı 11 milyon 477 min 245 dollara çatıb. ABŞ, Almaniya və İspaniya ən çox ixrac edilən üç ölkə olub.

“Vatan”: Bu il Antalya 418-i 5 ulduzlu olmaqla qonaqlarını 812 oteldə qarşılayır.

  2024-cü ildə Antalya 418-i 5 ulduzlu olmaqla 812 oteldə qonaqlarını qəbul edir. Keçən il 16 milyondan çox xarici turistin gəldiyi və bu il yeni rekorda imza atan Antalya yüksək keyfiyyətli və zəngin fəaliyyətli otelləri ilə seçilir. Şəhərdə 418-i 5 ulduzlu, 218-i 4 ulduzlu olmaqla 812 otel, 5 və 4 ulduz konseptli 46 tətil kəndi var.

“Haber Türk”: Mete Qazoz Avropa çempionu oldu

  Türkiyəni milli oxçusu Mete Qazoz Almaniyanın Essen şəhərində keçirilən çempionatın finalında sloveniyalı rəqibi Den Habjan Malavasiçə 6:0 hesabı ilə qalib gələrək Avropa çempionluğunu qazandı. 2020-ci ildə Olimpiya, 2023-cü ildə dünya çempionu olan milli idmançı karyerasında ilk dəfə Avropa çempionu olmağı bacarıb.



Әlaqәli Xәbәrlәr