Türkiyә mәtbuatı: 18 aprel 2024

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

2129092
Türkiyә mәtbuatı: 18 aprel 2024

''Haber Türk'': Rəcəb Tayyib Ərdoğan:''Məzlum Fələstin xalqının səsi olmağa davam edəcəyəm''
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:''Məzlum Fələstin xalqının səsi olmağa davam edəcəyəm''.
Hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri və Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki toplantısında çıxış edib.
Türkiye Prezidenti bu müddət ərzində 14 min uşağın öldürüldüyünə işarə edib. Rəcəb Tayyib Ərdoğan deyib: "Onlar artıq Hitleri ötüblər. Fələstin mübarizəsini müdafiə etməyə və məzlum Fələstin xalqının səsi olmağa davam edəcəyəm, davam edəcəyik”.

''Yeni Şafak'': Ərdoğan: ''Həmas işğalçı İsrailə qarşı müqavimət hərəkatıdır”

Prezident Rəcəb Tayyib Ərdoğan bir daha ''Həmas''ın  Fələstin torpaqlarını işğalçı İsrailə qarşı müdafiə edən bir müqavimət hərəkatı olduğunu vurğuladı. Ərdoğanın Fələstinin müstəqillik mübarizəsinə verdiyi dəstəyi yüksək qiymətləndirən ''Həmas'' Türkiyəyə təşəkkürünü bildirib.

''Sabah'': Hakan Fidan: ''Bölgədəki qurban yalnız Qəzza xalqıdır''

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza məsələsi ilə bağlı açıqlama verib. Nazir Hakan Fidan bölgədəki qurbanların yalnız Qəzza xalqı olduğunu bildirib. Hakan Fidan “Biz bölgə ölkələri olaraq üçüncü tərəflərin öz münaqişələrini bu coğrafiyaya daşımasını istəmirik”.

''Star'': Hakan Fidan İsmayıl Haniyə ilə görüşüb

Xarici işlər naziri Hakan Fidan Qətərə səfəri çərçivəsində Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə görüşüb.
Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə Qəzzaya humanitar yardım, atəşkəs və əsirlər məsələsi müzakirə edilib.

''Hürriyet'': “Türkiyə Yunanıstanın dəniz parkı bəyannaməsini qəbul etməyəcək”

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik, Yunanıstanın ətraf mühitlə bağlı fəaliyyətləri çərçivəsində Egey və İon dənizlərini heç bir şərt altında dəniz parkı elan etmə səylərinə icazə verməyəcəklərini söylədi. Çelik deyib: 'Yunanıstan hər cür sui-istifadədən çəkinməlidir''.



Әlaqәli Xәbәrlәr