Türkiyə qambiyalı hərbçilərə təlim keçdi

Türkiyə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) sammitinə  ev sahibliyi etməyə hazırlaşan Qambiya əhərbçilərinə  təlim verib.

2133559
Türkiyə qambiyalı hərbçilərə təlim keçdi

Türkiyə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) sammitinə  ev sahibliyi etməyə hazırlaşan Qambiya hərbçilərinə təlim keçib.
7-28 aprel tarixləri arasında paytaxt Banjulda keçirilən xüsusi təlimə 351 qambiyalı əsgər qatılıb.
Təlimin bağlanış mərasimində Türkiyənin Qambiyadakı səfiri Fahri Türker Oba, Qambiyanın müdafiə naziri Sering Modou Njie, Qambiyanın Baş Qərargah rəisi Mamat Çam və çox sayda hərbçi iştirak edib.
Səfir Oba mərasimdəki çıxışında Türkiyənin Qambiyaya verdiyi dəstəkdən məmnunluğunu ifadə edib.
Oba bildirib ki, verilən təlim həm İƏT sammiti zamanı, həm də ondan sonra Qambiya təhlükəsizlik qüvvələrinə fayda verəcək.
Qambiyanın müdafiə naziri Njie Türkiyənin Qambiyanın etibarlı inkişaf tərəfdaşı olduğunu qeyd edib və Türkiyəyə verdiyi dəstəyə görə təşəkkür edib. Türkiyə Cümhuriyyətinin qurucusu, ulu öndər Mustafa Kamal Atatürkü tərifləyən Njie Türkiyə-Qambiya əlaqələrinin yaxşı səviyyədə inkişaf etdiyini bildirib.
Qambiyanın Baş Qərargah rəisi Çam Türkiyənin davamlı dəstəyinə görə minnətdarlığını bildirib və “Yurtta Sülh, Dünyada Sülh” prinsipinin əhəmiyyətini ifadə edib.
Mərasimin ardından Türkiyə nümayəndə heyətinin şərəfinə verilən  şam yeməyində Qambiya Silahlı Qüvvələr orkestri başda İzmir marşı olmaqla müxtəlif əsərlər səsləndirib.
Qeyd edək ki, Qambiya 4-5 may tarixlərində İslam Əməkdaşlıq Təşkilatının 15-ci sammitinə ev sahibliyi edəcək.



Әlaqәli Xәbәrlәr