Türkiyə əhalisinin 15,1 faizini gənclər təşkil edir

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, 2023-cü ildə ölkə üzrə 15-24 yaş arasında gənclərin sayı 12 milyon 872 min 39 nəfər təşkil edib.

2140949
Türkiyə əhalisinin 15,1 faizini gənclər təşkil edir

Türkiyə əhalisinin 15,1 faizini gənclər təşkil edir.
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, 2023-cü ildə ölkə üzrə 15-24 yaş arasında gənclərin sayı 12 milyon 872 min 39 nəfər təşkil edib. Bu da ümumi əhalinin 15,2 faizinə bərabərdir.
Gənc əhalinin  51,3 faizi gənc kişilərdən, 48,7 faizi isə gənc qadınlardan ibarətdir.
Məlumatda vurğulanıb ki, Türkiyədə gənc əhali nisbəti Avropa İttifaqının 27 ölkəsi ilə müqayisədə daha yüksəkdir.
Qeyd edək ki, Aİ ölkələrində ötən il gənclərin sayı ümumi əhali nisbətində orta hesabla 10,6 faiz təşkil edib.



Әlaqәli Xәbәrlәr