Mehmet Nuri Ersoy yunanıstanlı həmkarı ilə ikitərəfli görüş keçirib

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy və Yunanıstanın mədəniyyət naziri Lina Mendoni Yunanıstanın paytaxtı Afinada “Romeo və Cülyetta” tamaşasına birlikdə baxıblar.

2140833

L.Mendoninin dəvəti ilə Afinaya gedən Mehmet Nuri Ersoy həmkarı ilə ikitərəfli görüş keçirib.
Akropol muzeyini ziyarət edən nazirlər ölkələr arasında mədəni əməkdaşlıq məsələsini müzakirə ediblər.
Mehmet Nuri Ersoy türk və yunan mədəniyyətlərinin bir çox ortaq dəyərlərə malik olduğuna diqqət çəkərək deyib: "Bu gün keçirdiyimiz ikitərəfli görüşlərdə iki ölkə arasında mədəni fəaliyyətləri daha da artırmaq qərarına gəldik. Bununla bağlı addımları da çox qısa müddətdə atacağıq''.

Әlaqәli Xәbәrlәr