Hakan Fidan Qəzza məsələsi ilə bağlı paylaşım edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə Fələstin xalqının yanında olmağa və Qəzzadakı qətliamın səbəbkarlarının məhkəmə qarşısına çıxarılması üçün çalışmağa davam edəcək.

2133580

Hakan Fidan bu barədə rəsmi internet səhifəsində etdiyi paylaşımda bildirib.
"Beynəlxalq hüququ və bütün bəşəri dəyərləri tapdalamağa davam edən İsrail rəsmiləri artıq dünya ictimaiyyəti tərəfindən qınanıblar. Qətliam törədənlərin  qanun qarşısında cavab verəcəyi günü səbirsizliklə gözləyirik”,-Hakan Fidan paylaşımında vurğulayıb.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda səfərdə olan Hakan Fidan  bu ölkənin xarici işlər naziri Feysal bin Ferhan və Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi  ''X'' internet səhifəsində edilən paylaşımda bildirilib.

Әlaqәli Xәbәrlәr