“Bu gün mən bu xoş xəbəri bölüşmək istəyirəm", C.Yılmaz

C.Yılmaz Lefkoşada jurnalistlərlə söhbətində işçi qrupunun fəaliyyətinin ŞKTR və Azərbaycanın rifahına xidmət edəcəyinə ümidvar olduğunu bildirib

2125717
“Bu gün mən bu xoş xəbəri bölüşmək istəyirəm", C.Yılmaz

 

  Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Azərbaycan Respublikası Milli Məclisinin Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması haqqında qərarını alqışlayıb.

  C.Yılmaz Lefkoşada jurnalistlərlə söhbətində işçi qrupunun fəaliyyətinin ŞKTR və Azərbaycanın rifahına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

  “Bu gün mən bu xoş xəbəri bölüşmək istəyirəm: Azərbaycan ilə ŞKTR arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Ümid edirik ki, onun fəaliyyəti iki qardaş dövlətin maraqlarına töhfə verəcək. Bu gün artıq belə deyirik: “Bir millət, üç dövlət”, - deyə C.Yılmaz vurğulayıb.

  Rəsmi Ankaranın ŞKTR-nin maraqlarını dəstəkləmək kursunun dəyişməzliyini vurğulayan Türkiyənin vitse-prezidenti qeyd edib ki, Lefkoşa ilə ikitərəfli əlaqələrin inkişafı məsələsində müsbət addımlar Türk Dövlətləri Təşkilatı müstəvisində, o cümlədən Azərbaycan tərəfindən də qeydə alınır. Siyasətçi habelə, ŞKTR ilə beynəlxalq əlaqələrin inkişafı üçün yeni addımlar atmağa çağırıb.



Әlaqәli Xәbәrlәr