Türkiyənin daxili işlər naziri “Qəhrəmanlar-30”dan məlumat paylaşdı

Sosial media hesabından verdiyi açıqlamada Ə.Yerlikaya bunları paylaşıb ...

2069088
Türkiyənin daxili işlər naziri “Qəhrəmanlar-30”dan məlumat paylaşdı

 

  Türkiyənin daxili işlər naziri Əli Yerlikaya separatçı terror təşkilatına qarşı 6 rayonda keçirilən “Qəhrəmanlar-30” əməliyyatlarında 63 mağara, sığınacaq və anbarın məhv edildiyini bildirib.

  Sosial media hesabından verdiyi açıqlamada Ə.Yerlikaya bunları paylaşıb: “Terrorçuların kənd yerlərində qış aylarında fəaliyyətə keçmək üçün mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi məqsədi daşıyan “Qəhrəmanlar-30” əməliyyatlarında 6 rayonda 63 mağara, sığınacaq və anbar məhv edilib.

  Terrorçuların yuvalarını bir-bir dağıdırıq. Bu, belə də davam edəcək.

  Şırnak, Siirt, Kahramanmaraş, Diyarbəkir, Muş və Tuncelidə aparılan əməliyyatlara J-SİHA və ATAK helikopterləri dəstək verib”.



Әlaqәli Xәbәrlәr